DÇ: Daha iki taekvondoçumuz mübarizəyə qoşulur

DÇ: Daha iki taekvondoçumuz mübarizəyə qoşulur

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında bu gün daha iki təmsilçimiz mübarizəyə qoşulacaq.

Fanat.Az xəbər verir ki, qadınların 62 kq çəki dərəcəsində yer alan Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finalda çıxacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək. 

Kişilər arasında 74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi də 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq. Təmsilçimiz 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) cütünün güclüsü ilə münasibətinə aydınlıq gətirəcək. 

Qeyd edək ki, daha əvvəl mundialda mübarizəyə qoşulan 9 taekvondoçumuzdan heç biri medal qazana bilməyib. Dünya çempionatı iyunun 4-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər