Daniel Subotiç yenidən karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az хəbər verir ki, "Qəbələ"nin sabiq üzvü ölkəmizdən təklif alıb.
Hazırda onunla danışıqlar davam edir. Xorvatiya əsilli isveçrəli futbolçu yayda ölkəmizə dönə bilər.
Qeyd edək ki, 2013/14 mövsümündə "Qəbələ"də çıхış edən Subotiç 35 oyunda 13 qol vurub. O, yayda transfer olunduğu Küveytin "Əl Qadsiya" klubunun heyətində 17 dəfə fərqlənib. 26 yaşlı hücumçu əvvəllər İngiltərənin "Portsmut", Belçikanın "Sulte Varegem", İtaliyanın "Qrosseto", Rumıniyanın "Universitatea" (Krayova), "Tarqu Mureş" və Ukraynanın "Volın" klublarında çıхış edib.
Fanat.az