Daniel Genov karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bolqar futbolçu 3 ölkədən təklif alıb.
Belə ki, onun xidmətində Azərbaycan və Cənubi Kiprin elita, Almaniyanın II Bundesliqa klubları maraqlıdı. Genov hazırda bu 3 ölkə arasında seçim edir.
Qeyd edək ki, hazırda Sofiya “Lokomotiv”nin formasını geyən Genov 2010-2013-cü illərdə "İnter"də 38 oyun keçirib və 2 qol vurub. O, 2011/12 mövsümündə "Simurq"a icarəyə verilib (26 oyun, 1 qol).
Fanat.az