Daha bir azərbaycanlı "Roma"nın oyununda

Daha bir azərbaycanlı "Roma"nın oyununda

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının E qrupunda keçiriləcək "Austriya" (Avstriya) - "Roma" (İtaliya) oyununun hakim-inspektoru olacaq.

 

“Austria” – “Roma” matçı noyabrın 3-də, Vyana şəhərindəki "Ernst Happel" stadionunda baş tutacaq. 

Qeyd edək ki,  sentyabrın 29-da azərbaycanlı FIFA referisi Əliyar Ağayev E qrupunun "Roma" - "Astra" oyununu idarə etmişdi (4:0).

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər