Daha bir Azərbaycan taekvondoçusu Türkiyədə medal qazandı

Daha bir Azərbaycan taekvondoçusu Türkiyədə medal qazandı

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

Fanat.Az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib.

O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər