DÇ: Daha bir taekvondoçumuz mübarizəyə qoşulur

DÇ: Daha bir taekvondoçumuz mübarizəyə qoşulur

Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə qoşulacaq.

Fanat.Az xəbər verir ki, kişilərin 74 kiloqram çəki dərəcəsində yer alan Eltac Qafarov turnirə təsnifat mərhələsindən başlayacaq. Onun ilk rəqibi Çin Taypeyindən Çenqçi Vey olacaq.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 8 taekvondoçu ilə təmsil olunur. Onlardan 3-ü çıxışını başa vurub. Cavad Ağayev (68kq) bürünc medal qazanıbsa, Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) mübarizəni erkən dayandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər