DÇ-2026: Tuxel inamlı qələbə ilə başladı, Rumıniya evdə uduzdu

DÇ-2026: Tuxel inamlı qələbə ilə başladı, Rumıniya evdə uduzdu

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə görüşlər start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

Matçlar G, H və K qruplarında keçirilib. 

H qrupunda Bosniya və Herseqovina seçməsi səfərdə Rumıniya yığmasını yenib, Kipr San-Marinonun qonaq qismində sürpriz etməsinə imkan verməyib.

G qrupunda Polşa evdə Litvanı minimal hesabla məğlub edib. Bu qrupun digər qarşılaşması Maltada reallaşıb. Meydan sahibləri Finlandiya millisinə 0:1 hesabı ilə uduzublar.

K qrupunda Tomas Tuxelin rəhbərliyi altında ilk oyununa çıxan İngiltərə millisi öz meydanında Albaniyanı inamla üstələyib. Latviya isə rəqib meydanında Andorranın öhdəsindən çətinliklə gəlib.

Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı D qrupunun oyunları sentyabrın 5-də başlayacaq.

21 mart

H qrupu

Kipr – San Marino 2:0 Qollar: Pittas, 55. Kakulis, 86.

Rumıniya – Bosniya və Herseqovina 0:1 Qol: Giqoviç, 14.

G qrupu

Malta – Finlandiya 0:1 Qol: Antman, 38.

Polşa – Litva 1:0 Qol: Levandovski, 81.

K qrupu

Andorra – Latviya 0:1 Qol: Sit, 58.

İngiltərə – Albaniya 2:0 Qol: Lyuis-Skelli, 20. Keyn, 77.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər