DÇ-2026-nın favoritlərinin siyahısı yeniləndi -Fransa millisi 6-cı yerdədir

DÇ-2026-nın favoritlərinin siyahısı yeniləndi -Fransa millisi 6-cı yerdədir

Nüfuzlu "Goal" portalı DC-2026-nın favoritlərinin siyahısını yeniləyib.

Fanat.Az xəbər verir ki, bu tenilənmədən sonra lider dəyişib. 

DÇ-2026-nın əsas favoriti artıq İspaniya millisidir. Son dünya çempionu Argentina ikinci yerə düşübsə, 3-cü pillədə Almaniya mövqe tutub.

16 favoritin yer aldığı siyahıda ABŞ, Meksika və Kanadanın da olması maraq doğurur. Onların favoritlər sırasına daxil edilməsi DÇ-2026-nın ev sahibləri olması ilə bağlıdır.

1. İspaniya; 2. Argentina; 3. Almaniya; 4. İngiltərə; 5. İtaliya; 6. Fransa; 7. Kolumbiya; 8. Portuqaliya; 9. Braziliya; 10. Niderland; 11. Xorvatiya; 12. Belçika; 13. Kanada; 14. Meksika; 15. Uruqvay; 16. ABŞ.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə keçirəcəyi DÇ-2026 iyunun 11-dən iyulun 19-dək 48 komandanın iştirakı ilə baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər