DÇ-2026: İsveçrə millisindən darmadağın, Çexiya "büdrədi"

DÇ-2026: İsveçrə millisindən darmadağın, Çexiya "büdrədi"

 

Futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün mundialda 2-ci tur start götürüb.

Əvvəlcə A qrupunda yarışan Çexiya ilə Cənubi Afrika Respublikası (CAR) üz-üzə gəlib. Atlantada təşkil olunan matçda qalib müəyyənləşməyib.

Xatırladaq ki, Çexiya ilk turda Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə uduzub.

Günün digər qarşılaşması da ABŞ-də baş tutub. B qrupunda mübarizə aparan İsveçrə ilə Bosniya və Herseqovina qarşılaşıb. İsveçrə millisi darmadağına sevinib.

Hər iki komanda ilk turda 1:1-lik heç-heçəyə razılaşıb. İsveçrə Qətərlə, bosniyalılar isə Kanada ilə sülh bağlayıb.

DÇ-2026 2-ci tur, 18 iyun

A qrupu

Çexiya – Cənubi Afrika 1:1

Qollar: Mixal Sadilek, 6. - Teboho Mokoena, 83. Baş hakim: Tori Penso (ABŞ). Atlanta (ABŞ). "Mercedes-Benz" stadionu.

B qrupu

İsveçrə – Bosniya və Herseqovina 4:1

Qollar: Joan Manzanbi, 74, 90. Ruben Varqas, 84. Qranit Caka, 90+7-pen. - Ermin Mahmic, 90+3.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər