DÇ-2026: Fransa millisi darmadağına sevindi, Seneqaldan İraqa 5 cavabsız top

DÇ-2026: Fransa millisi darmadağına sevindi, Seneqaldan İraqa 5 cavabsız top

İyunun 11-də start götürən futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün I qrupunda qrup mərhələsinə yekun vurulub.

Artıq 1/16 finala vəsiqəni təmin edən Fransa və Norveç qrup liderliyi uğrunda duelə çıxıblar. Fransalılar matçda darmadağına sevinib.

Digər cütdə xal qazana bilməyən Seneqal ilə İraq münasibətlərinə aydınlıq gətiriblər. Seneqal yığması rəqib qapısından 5 cavabsız qol keçirərək qrupu 3-cü pillədə tamamlayıb.

Artıq 14 komanda pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. Meksika, Cənubi Afrika Respublikası, İsveçrə, Kanada, Mərakeş, Braziliya, ABŞ, Almaniya, Argentina, Fransa, Norveç, Kolumbiya, Niderland və Avstraliya yığmaları qruplarında ilk iki yeri tutaraq 1/16 finala yüksəliblər. 

DÇ-2026 3-cü tur 26 iyun

I qrupu

Norveç – Fransa 1:3

Qollar: Asgard, 21. - Dembele, 7, 20, 32. Due, 90+4 Baş hakim: Maykl Oliver (İngiltərə). Foksboro (ABŞ). "Gillette stadium".

Seneqal - İraq 5:0

Qollar: Sek, 4, Sarr, 56, Qeye, 59, 71, Ndiaye, 82 Baş hakim: Entoni Teylor (İngiltərə). Toronto (Kanada). "BMO Field".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər