Cihan Özkara "Beşiktaş"a qarşı oynamadı

Cihan Özkara "Beşiktaş"a qarşı oynamadı

Türkiyə Super Liqasında XIV tura yekun vurulub. Fanat.az xəbər verir ki, millimizin üzvü Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Beşiktaş"ın qonağı olub.

Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 5-ci dəqiqədə meydan sahiblərindən Hüqo Almeyda açıb. 71-ci dəqiqədə isə Manuel da Kosta bərabərliyi təmin edib.

Millimizin üzvü "Beşiktaş"a qarşı oynamayıb. Baş məşqçi Roberto Karlos Cihanı ehtiyatda saxlayıb.

Qeyd edək ki, "Sivasspor" 14 turdan sonra 23 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər