Cihan Özkara: “Beşiktaş”la oyunu unutmayacağam"

Cihan Özkara: “Beşiktaş”la oyunu unutmayacağam"
"Bu mövsüm bizim üçün həqiqətən də, uğurlu alındı. Biz həm öz məqsədimizə çatdıq, həm də yarış cədvəlinin zirvəsindəki yerlər uğrunda mübarizə apardıq". Faqat.az xəbər verir ki, bu sözləri "Sivasspor"un hücumçu Cihan Özkara deyib.
Millimizin üzvü "Beşiktaş"la oyunu unutmayacağını bildirib: "Əla oyunlar keçirdik. Belə oyunlarda biri “Beşiktaş”la oyun oldu ki, mən bunu heç zaman unutmayacağam. Doğma divarlar arxasında biz möhtəşəm qələbə qazandıq. Avropa Liqasında özümüzə yeri təmin edə bildik. Məqsədimiz, əlbəttə ki, bacardıqca irəli getməkdi. İlk növbədə, qrup mərhələsinə çıxmaq lazımdı. Mövsüm hələ tamam başa çatmayıb və bu səbəbdən, Avropa Liqasında hansı mərhələdən mübarizəyə başlayacağımız məlum deyil. İnşallah, qrupa düşməyi bacaracağıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər