Azərbaycanda əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün geniş imkanlar yaradılacaq. Fanat.az lent.az-a istinadən xəbər verir ki, bu barədə 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda qeyd olunub.
Bunun üçün yeni yaşayış evlərinin salındığı məhəllələr və həyətlərdə, eləcə də kənd yerlərində müvafiq idman qurğularının istifadəyə veriləcək.
İşlərin icrası isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK), Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanlarına həvalə olunub.
Hazırlanan ümumi və baş planlarda rekreasiya ərazilərinin və sosial-mədəni-məişət infrastrukturunun nəzərdə tutulması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. Bununla bağlı DŞAK-nə tapşırıq verilib.
Fanat.az