Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

Bu gün keçiriləcək Azərbaycan Kubokunun final oyunu ilə futzal mövsümünə yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, həlledici matçda son çempion "Araz-Naxçıvan" gümüş medalçı "Neftçi" İK ilə gücünü sınayacaq.

Saat 16:00-da Bakı İdman Sarayında start götürəcək görüş "CBC Sport"la canlı yayımlanacaq. 

Qeyd edək ki, Yüksək Liqanın son turunda "Neftçi" İK üzərində 5:2 hesablı qələbə qazanan "Araz-Naxçıvan" çempionluğu bayram edib.

Azərbaycan Kuboku Final 21 may

Araz-Naxçıvan – Neftçi İK Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev. Ehtiyat hakim: İmran Məhərrəmov. Hakim-inspektor: Əfqan Həmzəyev. Bakı İdman Sarayı. Saat 16:00 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər