Braziliyalı futbolçu: "Yaşasın Azərbaycan" - FOTO

Braziliyalı futbolçu: "Yaşasın Azərbaycan" - FOTO

Təbrizin "Traktorsazi" klubunun braziliyalı futbolçusu Edinyo komandasının heyətində qol vurduqdan sonra alqışlanası bir hərəkətlə yadda qalıb. Fanat.az xəbər verir ki, 33 yaşlı futbolçu formasının altında qeyd olunan "Yaşasın Azərbaycan" şüarını göstərməklə diqqət mərkəzinə düşüb.

"Traktorsazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb. Təbriz təmsilçisi 22-ci tur çərçivəsində "Persepolis" klubunu qəbul edib. Matçın taleyini bir qol həll edib. Şahin Saqhebinin matçın 62-ci dəqiqəsində vurduğu qol "Traktorsazi" yə qələbə qazandırıb - 1:0. 

Qeyd edək ki, "Traktorsazi" 22 turdan sonra 41 xalla turnir cədvəlinin 2-cı pilləsində qərarlaşıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər