Braziliyanın "Botofaqo" klubu rəsmi saytında Salomon Kalunun azad agent qismində heyətə qatıldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi 1 illik anlaşmaya imza atıb. Müqavilənin detalları haqda məlumat verilməyib.
Kalu 2006-2012-ci illər aralığında "Çelsi"də top qovub. Fil Dişi Sahilindən olan orta xətt oyunçusu İngiltərə çempionu, ölkə kubokunun dördqat qalibidi. O, "zadəganlar"ın sıralarında Çempionlar Liqasının kubokunu da başı üzərinə qaldırıb.
Karyerası ərzində "Feyenoord" və "Lill"də də oynayan Salomonun avqustun 5-də 35 yaşı olacaq. Sözügedən afrikalı son mövsümü 2014-cü ildən formasını geyindiyi "Herta"da keçirib.
Fanat.Az