“Beşiktaş”ın istədiyi futbolçu Fransa klubunda

“Beşiktaş”ın istədiyi futbolçu Fransa klubunda

Adı Türkiyənin “Beşiktaş” klubu ilə hallanan rusiyalı yarımmüdafiəçi Daler Kuzyayev Fransanın “Havr” klubuna keçib.

Fanat.Az xəbər verir ki, o, yeni klubunda 14 nömrəli forma altında çıxış edəcək.

Onunla 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Kuzyayev karyerası ərzində yalnız Rusiyada çıxış edib. O, ilk dəfə legioner həyatı yaşayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər