“Beşiktaş” super transferə hazırlaşır

“Beşiktaş” super transferə hazırlaşır

Türkiyə çempionu “Beşiktaş” heyətini dünya çempionuyla gücləndirmək niyyətindədir.

 

Fanat.az xəbər verir ki, “Qara qartallar” alman yarımmüdafiəçi Bastian Şvaynştaygerə görə “icarə+transfer” şərti ilə “Mançester Yunayted”ə təklif göndərib.

 

7 illik fasilədən sonra Çempionlar Liqasında mübarizə aparmaq şansı qazanan “Ağ-qaralar” qrupdan çıxmağı hədəfləyib. Avropa səhnəsinə ulduzla qayıtmağı düşünən klub rəhbərliyi bu üzdən Almaniya millisinin kapitanını seçib. Ondan əvvəl Aryen Robbenə maraq göstərilsə də, hollandiyalı futbolçu “Bavariya”dan ayrılmaq istəmədiyini bildirmişdi.

 

Zədə üzündən ötən mövsüm yaşıl meydanlarda az-az görünən və MY-nin yeni çalışdırıcısı Joze Mourinyonun gələcək planlarına daxil edilməyən Bastianla danışıqlar başlanıb. Həmçinin İngiltərə klubundan da cavab gözlənilir. (publika.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər