“Beşiktaş” Fernandeslə razılaşa bilmir

“Beşiktaş” Fernandeslə razılaşa bilmir

Manuel Fernandes “Beşiktaş”ın təklif etdiyi 3 illik müqaviləyə razı olmuşdu. Fanat.az xəbər verir ki, portuqaliyalı futbolçu növbəti hər mövsüm üçün 2.5 milyon avro qazanacaqdı.

Lakin danışıqlar müsbət nəticələnməyib. Belə ki, 3 ilə 7.5 milyon avro qazanacaq Fernandes hər oyun üçün 20 min avro istədi. Buna görə klub rəhbərliyi görüşmələri dayandırdı.

Klubun İdarə Heyətinin bir neçə üzvü futbolçunu satmaq üçün Fikrət Ormana təzyiq göstərməyə başlayıb. Hadisələrin gedişatı müsbət nəticələnməsə portuqaliyalı futbolçu klubdan ayrılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər