“Beşiktaş” 1/8 finalda, "Trabzonspor” Avropadan getdi

“Beşiktaş” 1/8 finalda, "Trabzonspor” Avropadan getdi
Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Fanat.az xəbər verir ki, ötən gecə 16 qarşılaşma baş tutub.
Qardaş ölkə Türkiyənin turnirdə mübarizə apardığı klublarından “Beşiktaş” evdə “Liverpul”u sınağa çəkib. “Qara qartallar” İngiltərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Oyunun əsas vaxtı 1:0 hesabı ilə istanbulluların xeyrinə başa çatıb. Əlavə edilmiş 30 dəqəqədə isə qapılara qol vurulmadığından qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada isə “Beşiktaş” daha dəqiq oynayaraq (5:4), adını 1/8 finala yazdırıb.
 
“Trabzonspor” isə Neapolda “Napoli”nin qonağı olub. Qara dəniz klubu ilk matçda 0:4 hesabı ilə uduzduqları rəqibi ilə ən azından heç-heçə etmək niyyətində idi. Lakin İtaliya təmsilçisinə məğlub olan trabzonlular turnirlə vidalaşıb - 1:0.
Moskva “Dinamo”su ilk görüşdə qolsuz bərabərliyə qaldığı Belçika təmsilçisi “Anderlext”i, “Zenit” minimal hesabla qalib gəldiyi Hollandiya PSV-sini qəbul edib. Paytaxt klubu 3:1, Sankt-Peterburq təmsilçisi isə 3 cavabsız topla rəqibini məğlub edərək, növbəti mərhələyə adlayıb.
Avropa Liqası
1/16 final
Cavab oyunlar
26 fevral
“Dinamo” M (Rusiya) - “Anderlext” (Belçika) - 3:1
Qollar: Kozlov, 47, Yusupov, 64, Kuranyi, 90+5 - Mitroviç, 29
İlk oyun - 0:0
 
“Zenit” (Rusiya) - PSV (Hollandiya) - 3:0
Qollar: Rondon, 29: 67, Hulk, 47
İlk oyun - 1:0
 
“Beşiktaş” (Türkiyə)  - “Liverpul” (İngiltərə) - 1:0 (pen - 5:4)
Qol: Arslan, 72
İlk oyun - 0:1
 
“Dinamo” K (Ukrayna) - "Genqam" (Fransa) - 3:1
Qollar: Teodorszyk, 31, Buyalskyy, 46, Qusev, 75-pen - Mandanne, 68
İlk oyun – 1:2
 
“Fiorentina” (İtaliya) - “Tottenhem” (İngiltərə) - 2:0
Qollar: Qomes, 54, Salah, 71
İlk oyun - 1:1
 
“İnter” (İtaliya) - “Seltik” (Şotlandiya) - 1:0
Qol: Quarin, 88
İlk oyun - 3:3
 
“Legiya” (Polşa) - “Ayaks” (Hollandiya) - 0:3
Qollar: Milik, 11; 43, Serero, 13
İlk oyun – 0:1
 
“Borussiya” M (Almaniya) - “Sevilya” (İspaniya) - 2:3
Qollar: Xaka, 19, Hazard , 60 - Stransl, 8-avtoqol, Vitolo, 26; 79
İlk oyun – 0:1
 
"Zalsburq" (Avstriya) - “Vilyarreal” (İspaniya) - 1:3
Qollar: Dyuriçin, 18 - Vietto, 33; 76, dos Santos, 79
İlk oyun – 1:2
 
“Atletik” (İspaniya) - “Torino” (İtaliya) - 2:3
Qollar: İraola, 44,  de Markos, 61- Quaqlyarella, 16-pen, Lopes, 45+3, Darmian, 67
İlk oyun –  2:2
 
“Brügge” (Belçika)  - "Olborq" (Danimarka) - 3:0
Qollar: Vazqyes, 11, Oulare, 64, Bolinqoli-Mbombo, 74
İlk oyun – 3:1
 
“Everton” (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 3:1
Qollar:  Lukaku, 25-pen; 30, Mirallas, 42 - Sanoqo, 13
İlk oyun – 4:1
 
“Feyenoord” (Hollandiya) - “Roma” (İtaliya) - 1:2
Qollar: Manu, 57 - Lyayiç, 45+2, Cervinyo, 60
İlk oyun – 1:1
 
“Napoli” (İtaliya) - "Trabzonspor” (Türkiyə) - 1:0
Qol: de Quzman, 19
İlk oyun – 4:0
 
“Olimpiakos” (Yunanıstan) - “Dnepr” (Ukrayna) - 2:2
Qollar: Mitroğlou, 14, Dominqes , 90-pen - Fedeski, 23, Kaliniç, 90+2
İlk oyun – 0:2
 
“Sportinq” (Portuqaliya) - "Volfsburq" (Almaniya) - 0:0
İlk oyun – 0:2
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər