"Çelsi" rəhbərliyi bərbad nəticələrə rəğmən, baş məşqçi Qrem Potteri qovmağa tələsmir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Ben Ceykobs şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, London təmsilçisinin bossları Potterlə bağlı onun komandanın "sükanı arxası"bnda olduğu ilk mövsümdəcə qərar verməyəcəklər. Mənbə mütəxəssisin "zadəganlar"la müaviləsində bununla bağlı bənd nəzərdə tutulduğunu, klub idarəçilərinin sözügedən çalışdırıcının istədiyi transferləri bu ilin yayında reallaşdıracaqlarını vurğulayıb.
Xatırladaq ki, "Çelsi" İngiltərə Kubokunda və İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb. "Göylər" ölkə çempionatının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
Nihat