17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, yığmamızın yer aldığı X qrupun oyunları Belçikada keçiriləcək.
Oktyabrın 23-də Belçikanı sınağa çəkəcək millimiz iki gün sonra İsveçrə ilə qarşılaşacaq. Ayın 28-də keçiriləcək son turun oyununda isə rəqibimiz Bosniya və Hersoqovina olacaq. Yığmamızın bütün oyunları saat 22.00-da başlayacaq.
23 oktyabr
18.30 İsveçrə - Bosniya və Hersoqovina
22.00 Belçika - Azərbaycan
25 oktyabr
18.30 Belçika - Bosniya və Hersoqovina
22.00 Azərbaycan - İsveçrə
28 oktyabr
22.00 Bosniya və Hersoqovina - Azərbaycan
22.00 İsveçrə - Belçika
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Fanat.az