"Portu"nun futbolçusu Luis Dias "Bayern Münhen"in maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "tz.de" saytı məlumat yayıb.
Xəbərə görə, Bundesliqa təmsilçisi kolumbiyalı yarımmüdafiəçini Kinqsli Komana əvəzedici olaraq görür.
Koman klubu tərk edəcəyi təqdirdə, almanlar Diası onun mövqeyinə almağı düşünür.
Qeyd edək ki, Luis Dias 2018-cu ilin yayından "Portu"da çıxış edir.
Röya