"Bayern Münhen"in idman direktoru Hasan Salihamidziç yay trasnfer pəncərəsi bağlanana qədər "Layptsiq"in 27 yaşlı yarımmüdafiəçisi Marsel Zabitseri transfer etməyi planlaşdırdıqlarını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, Salihamidziç "Sky Sport Deutschland"ın əməkdaşının bu barədə ona ünvanladığı sualı bir cümlə ilə cavablandırıb:
"Bəli, biz Zabitserin transferi üzərində işləyirik".
İtaliyalı insayder Fabritsio Romano isə şəxsi "Twitter" hesabında sözügedən futbolçunun iş yerini dəyişməsi ilə əlaqədar "Volfsburq"la səfər matçında iştirak etməyəcəyini yazıb.
Daha öncə Zabitserin "Layptsiq"in yeni müqavilə təklifini geri çevirdiyi bəlli olmuşdu.
Nihat