"Bayern Münhen" milli üzvü ilə gücləndi - RƏSMİ

"Bayern Münhen" milli üzvü ilə gücləndi - RƏSMİ

Almaniyanın “Bayern Münhen” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Fanat.Az xəbər verir ki, münhenlilər “Layptsiq”in yarımmüdafiəçisi Marsel Zabitseri transfer edib.   Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Avstriya millisinin üzvü ilə müddəti 2025-ci ilin yayınadək olan müqavilə imzalanıb. 27 yaşlı futbolçu 18 nömrəli formanı geyinəcək.   Almaniya mətbuatı “Bayern”in bu transfer üçün 16 milyon avrosundan keçdiyini yazıb.   Zabitser 2014-cü ildə Avstriyanın “Rapid” klubundan “Layptsiq”ə transfer olunub. Yarımmüdafiəçi ötən mövsüm “Layptsiq”in heyətində 39 oyuna çıxıb. O, bu matçlarda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Avstriya millisində 54 matça çıxan futbolçu 8 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər