"Bavariya" və "Çelsi" ter Şteqeni "Barselona"nın əlindən almaq istəyir

"Bavariya" və "Çelsi" ter Şteqeni "Barselona"nın əlindən almaq istəyir
"Barselona"nın qolkiperi Mark-Andre ter Şteqenin gələcəyi qeyri-müəyyən olaraq qalır.
Fanat.Az "Cadena SER" radiosuna istinadən xəbər verir ki, ter Şteqen "Çelsi" və "Bavariya"dan təklif alıb. Bu amil "Barsa" ilə danışıqların gedişində problem yaradır.
28 yaşlı qapıçı ilinə 10 milyon avro qazanmaq istəsə də, katalon klubu ona 6,3 milyon avro məvacib təklif edir. Ter Şteqenin "Barselona" ilə olan müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
2019-20 mövsümündə La Liqada 36 matçda meydana çıxan alman qolkiper onların 12-sində qapısını toxunulmaz saxlaya bilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər