"Barselona"nın hücumçusu "Çelsi"yə keçir

"Barselona"nın hücumçusu "Çelsi"yə keçir

"Barselona"nın futbolçusu Usman Dembelenin "Çelsi"yə keçidi yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb. 

Xəbərə görə, fransalı forvard ilə London klubu arasında yaxın günlərdə sözləşmə imzalanacaq. 

Qeyd edək ki, 25 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsinin müddəti 30 iyunda başa çatacaq. 

Xatırladaq ki,  Dembele 2017-ci ildən Kataloniya klubundan çıxış edir. O, 109 oyunda meydana çıxıb və 19 dəfə fərqlənib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər