“Barselona”nın futbolçusu Fransada əməliyyat olundu

“Barselona”nın futbolçusu Fransada əməliyyat olundu

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunub.

Fanat.Az "Sport.es"-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper Fransada cərrahi müdaxiləyə məruz qalıb.

Belindəki ağrılar səbəbindən komandanın son 3 oyununu buraxan 31 yaşlı qapıçının təxminən 2-3 aydan sonra yaşıl meydançalara qayıdacağı açıqlanıb. Həkimlər onun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə qədər sıraya dönməsinə çalışırlar.

Çempionlar Liqasında 1/8 final mərhələsinə 2024-cü il fevralın 13-14-də keçiriləcək oyunlarla start veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər