"Barselona"nın ala bilmədiyi futbolçunu "Çelsi" istəyir

"Barselona"nın ala bilmədiyi futbolçunu "Çelsi" istəyir

"Yuventus"un müdafiəçisi Matteys de Liqt "Çelsi"yə keçə bilər.

Fanat.Az "Football-italia"ya istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi bonuslar daxil olmaqla, ildə 12 milyon əməkhaqqı alan niderlandlı futbolçunu satmağa razıdır.

Mənbə "zadəganlar"ın baş məşqçisi Tomas Tuxelin 22 yaşlı arxa xətt oyunçusunun xidmətində şəxsən maraqlı olduğunu vurğulayıb.

Daha öncə "Barselona"nın skautlarının de Liqtin agenti ilə görüşdüyü, lakin futbolçunun əməkhaqqı tələbi çox yüksək olduğu üçün Kataloniya təmsilçisinin bu transferdən vaz keçdiyi barədə informasiyalar yayılmışdı.

Matteys de Liqt "Yuventus"a 2019-cu ildə, 85,5 milyon avro qarşılığında "Ayaks"dan transfer olunub. Niderland millisinin üzvü bu mövsüm İtaliya A Seriyasında 15 oyuna çıxaraq 1 qolla yadda qalıb. Onun "qoca sinyora" ilə olan müqaviləsinin müddəti 2024-cü ilə qədərdir. "Transfermarkt" portalı de Liqtin transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər