"Barselona" "Çelsi"nin oyunçusuna 3 illik müqavilə təklif edib

"Barselona" "Çelsi"nin oyunçusuna 3 illik müqavilə təklif edib
"Çelsi"nin vinqeri Villianın karyerasını hansı klubda davam etdirəcəyi hələ də bəlli deyil.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "Çelsi", "Barselona", "Arsenal" və "İnter Mayami" Villiana müqavilə təklif ediblər. 31 yaşlı futbolçunun 3 illik sözləşmə istədiyi bildirilir. "Barselona" isə bu tələbi yerinə yetirməyə hazırdı.
Villianın İngiltərə FA Kubokunun finalından sonra karyerası ilə bağlı qərar qəbul edəcəyi bildirilir.
2019-20 mövsümündə Premyer Liqada 36 matçda meydana çıxan braziliyalı oyunçunun aktivində 9 qol və eyni sayda məhsuldar ötürmə var.
Villian 2013-cü ildən "Çelsi"də çıxış edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər