"Barselona"nın baş məşqçisi Xavi Ernandes komandasının sıralarına qatmaq istədiyi daha bir futbolçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiya GFFN nəşrinə məxsusdur.
Mənbənin məlumatına görə, “Renn”in müdafiəçisi Amari Traore “blauqrana”nın diqqət mərkəzindədir. 30 yaşlı afrikalı futbolçu kataloniyalılara 3 milyon avroya başa gələcək.
2021/2022 mövsümündə müdafiəçi “Renn”in heyətində 42 matçda iştirak edib, 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin