"Barselona" "Çelsi"yə müdafiəçilərini dəyişməyi təklif edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "90min" yayıb.
Mənbə Kataloniya təmsilçisinin Sercino Desti İngiltərə nəhənginə vermək, əvəzində Markos Alonsonu almaq istədiyini vurğulayıb. Tərəflərin bu yöndə danışıqlar apardığı bildirilib.
21 yaşlı Dest 2020-ci ildən "Barselona"dadır. Bu mövsüm bütün turnirlərdə 31 matça çıxan amerikalı futbolçu 3 məhsuldar ötürmə ilə yadda qalıb.
31 yaşlı Alonso "Çelsi"yə 2016-cı ildə transfer olunub. O vaxtdan bəri ümumilikdə 212 görüşdə forma şansı qazanan təcrübəli oyunçu 29 qol, 23 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Nihat