"Barselona" "Çelsi"nin futbolçusuna elçi düşdü

"Barselona" "Çelsi"nin futbolçusuna elçi düşdü

"Barselona" İngiltərə Premyer Liqasından futbolçu bəyənib. 

Fanat.Az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. 

Xəbərə görə, Kataloniya təmsilçisi Almaniya millisinin üzvü Kay Xavertslə maraqlanır. 

Ancaq 23 yaşlı almaniyalı yarımmüdafiəçini transfer etmək elə də asan olmayacaq. Belə ki, "Bayern Münhen" də Kayı heyətinə qatmaq niyyətindədir. 

Qeyd edək ki, Kay Xaverts 2020-ci ildən "Çelsi"də çıxış edir. 74 oyunda meydana çıxan futbolçu 17 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər