"Baku Sportinq"in yeni stadionu belədir - FOTOLAR

"Baku Sportinq"in yeni stadionu belədir - FOTOLAR

İkinci Liqanın iddialı komandalarından olan "Baku Sportinq" növbəti mövsümdən Birinci Liqada iştirak etmək əzmindədir.

Hazırda lider mövqeyində qərarlaşan komanda artıq növbəti mövsümün planlarını cızaraq peşəkarlıq yolunda daha bir addım atıb. 

Belə ki, əvvəllər ev oyunlarını Binə qəsəbəsində keçirən kollektiv yeni mövsümdən Buzovnanı təmsil edəcək. Komanda tarixin yaddaşına qovuşmuş  "Xəzri" klubunun stadionunu təmir edərək burada məskunlaşıb. Təmir işləri təkcə stadionla bağlı deyil. Buraya paltardəyişmə, mətbuat otağı və klubun ofisi də daxildir. 

Fanat.Az eksklüziv olaraq yeni stadiondan çəkilən fotoları təqdim edir:

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər