II Liqada 6-cı tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.
“Şəmkir” “Baku Sportinq”ə böyük hesabla uduzubsa, “Şahdağ Qusar” “Kür-Araz”la ev oyununda tək qolla məğlub olub. “Şəki Siti” isə “Lerik”lə oyundan qalib ayrılıb.
II Liqa 6-cı tur 9 oktyabr
“Baku Sportinq” – “Şəmkir” 7:0 Qollar: Comərd Baxşəliyev, 5. Röyal Nəcəfov, 19. Ülvi Quliyev, 25; 54; 63; 67. Aqşin Paşayev, 74.
“Şahdağ Qusar” – “Kür-Araz” 0:1 Qol: Museyib Vəlizadə, 20. Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, İrşad Aydınov.
“Şəki Siti” – “Lerik” 1:0 Qol: Ravil Yusifli, 12.