“Baku Sportinq” Şəkidən xalsız qayıtdı

“Baku Sportinq” Şəkidən xalsız qayıtdı

II Liqada 16-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 4 görüş baş tutub.

“Füzuli” - “Dinamo” matçında meydan sahibləri qələbə qazanıblar. “Şəmkir” “Şəfa” ilə ev oyununda 3 xalı 2 cavabsız qolla qazanıbsa, “Lerik” “Ağdaş”ı tək qolla məğlub edib.

“Şəki Siti”nin qonağı olan lider “Baku Sportinq” isə turu məğlub başa vurub.

II Liqa 16-cı tur 12 mart

“Füzuli” – “Dinamo” 3:2 Qollar: Elvin Nəsibov, 51; 62. Emin Quliyev, 54 - Valeh Seyidov, 20-pen. Fizuli Dəmirov, 80. “ASK Arena”, 13:00.

“Şəmkir” – “Şəfa” 2:0 Qollar: Məzahir Əhmədov, 23-pen. İlkin Əliyev, 48. Şəmkir OİK stadionu, 15:00.

“Lerik” – “Ağdaş” 1:0 Qol: Ruslan Tağızadə, 82. Lənkəran Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Şəki Siti” – “Baku Sportinq” 3:2 Qollar: Tural Məmmədzadə, 9; 14. Yusif Cəfərov, 90+4-pen. - Röyal Nəcəfov, 63. Comərd Baxşəliyev, 79. Şəki şəhər stadionu, 15:30.

Turun digər oyunları: “Cəbrayıl” – “Şahdağ Qusar” 2:2 “Kürmük Qax” – “Kür-Araz” 1:4 “Göygöl” – “Qusar” 3:3

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər