"Barselona" növbəti transferini reallaşdırır. Fanat.az xəbər verir ki, Kataloniya klubu "Dinamo"nun (Zaqreb) 17 yaşlı futbolçusu Alen Haliloviçi heyətinə qatır.
Bu barədə futbolçu "Instagram" səhifəsində mesaj yayımlayıb: "Dinamo", hər şey üçün təşəkkür edirəm. İlk klubum və ən böyük sevgim. İndi "Barselona"ya getmək zamanıdı".
17 yaşlı yarımmüdafiəçinin əvvəlcə "Barselona"nın B komandasında çıxış edəcəyi müəyyənləşib. Onunla "Arsenal", "Mançester Siti" və "Tottenhem" kimi İngiltərə klubları maraqlansa da, futbolçu Kataloniya təmsilçisini seçib.
Qeyd edək ki, Haliloviç 2012-ci ildə yüksəldiyi "Dinamo"nun əsas heyətində 7 oyun keçirib və 5 qol vurub. Alen 17 yaşı olmasına rəğmən, Xorvatiyanın A millisində artıq 3 oyun keçirib. Xorvatiya AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibidi. Böyük ehtimalla Haliloviç yığmamızla oyunlara da dəvət alacaq.
Fanat.az