Xəbər verdiyimiz kimi, 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi etmək üçün AFFA Bakı şəhərinin namizədliyini irəli sürüb və UEFA paytaxtımızın namizədliyini təsdiq edib. 2013-cü il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Avropa çempionatının təşkil edilməsi ilə əlaqədar namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq, UEFA-ya təqdim edilmək üçün sifariş kitabı hazırlanması ilə bağlı müvafiq işlər görülür. Bununla yanaşı, Bakı şəhərinin AVRO-2020-nin oyunlarına namizədliyi ilə bağlı www.affa.az/2020 ünvanlı yeni sayt fəaliyyətə başlayıb. Sayta daxil olaraq Bakı şəhərinin namizədliyini dəstəkləyə bilərsiniz.
Fanat.az