Bakıdan şahmat tacına 3 namizəd

Bakıdan şahmat tacına 3 namizəd

2023-cü ildə Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku növbəti İddiaçılar Turnirinə 3 vəsiqə verəcək.

Fanat.Az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan paytaxtındakı yarışda ilk 3 pillənin sahibləri şahmat tacı uğrunda mübarizə aparmaq hüququ qazanacaqlar.

İddiaçılar Turnirinə digər 5 vəsiqənin sahibi isə dünya çempionatının qalibi, "Grand Swiss" turnirində 1 və 2-ci yeri tutanlar, FIDE reytinqli turnirlərdə 1 il ərzində ən yüksək nəticə əldə edən şahmatçı və 1 yanvar 2024-cü il üçün ən yaxşı reytinqə malik qrossmesyster olacaq.

Qeyd edək ki, Bakıda şahmat üzrə Dünya Kuboku gələn il iyulun 29-dan avqustun 26-dək keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər