Britaniyanın "SIS Pitches" firması Bakıdakı Olimpiya stadionun ot örtüyünün salınması və müvafiq texnikanın qurulması işləri ilə məşğul olacaq. Fanat.ahz xəbər verir ki, bu barədə firmanın şərq bölməsinin rəhbəri İlyas Kobal məlumat verib.
"SIS Pitches" bildirib ki, onun komandası bu müqavilə üzrə elan edilmiş tenderin qalibi olub: "Bizim komandamız bir neçə yarışı qəbul edəcək Bakıdakı bu stadionda layihənin həyata keçirilməsinin intizarındadı".
Qeyd edək ki, ölkəmizin paytaxtındakı 68 minlik tutumu olacaq arenanın inşasının 2015-ci ilə qədər başa çatdırılması nəzərdə tutulub.
Fanat.az