Bakıdakı dünya çempionatı təxirə salındı

Bakıdakı dünya çempionatı təxirə salındı
Bakıda keçirilməli olan aerobika üzrə dünya çempionatı təxirə salınıb.
Fanat.Az Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sayca 16-cı mundial 14 - 16 mayda təşkil olunmayacaq. Eyni zamanda yaş qrupları üzrə dünya turniri də 8 - 10 mayda baş tutmayacaq. Səbəb kimi koronavirus pandemiyasının belə tədbirləri daha yaxşı şəraitdə keçirməyə böyük maneçiliklər yaratması göstərilib.
O da bildirilir ki, hazırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant axtarır. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər