Bakıda yelkən yarışına start veriləcək

Bakıda yelkən yarışına start veriləcək

Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan daha bir yarış baş tutacaq.

Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 2–3-də Bakıda, Dənizkənarı Milli Park ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku” təşkil olunacaq.

Turnirdə Azərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı “Xəzər” Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq. Yarış iki kateqoriyada - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək.

Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

Bakıda yelkən yarışına start veriləcək

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər