Bakıda Türkiyə derbisi baş tutdu

Bakıda Türkiyə derbisi baş tutdu
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı” start götürüb. Fanat.az xəbər verir ki, Bakıda keçirilən həlledici mərhələnin ilk yarımfinal oyununda Türkiyə klubları qarşılaşıb.
“Kristal Hall”da baş tutan “Vakıfbank” - “Eczaçıbaşı” matçında birincilər qalib gəlib - 3:1. “Eczaçıbaşı” ilk setdə qalib gəlsə də, növbəti 3 seti “Vakıfbank” qazanıb.
Qeyd edək ki, sabahkı finalda “Vakıfbank”ın rəqibi “Rabitə” (Azərbaycan) - “Dinamo” (Kazan, Rusiya) oyununda müəyyənləşəcək.
Voleybol
Dördlər finalı
Yarımfinal
15 mart
Vakıfbank (Türkiyə) - Eczaçıbaşı (Türkiyə) 3:1 (19:25, 25:19, 25:22, 25:17)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər