Bakıda iki DÇ, bir AÇ - Tarixlər

Bakıda iki DÇ, bir AÇ - Tarixlər

Bu il Azərbaycanda iki olimpiya idman növü üzrə dünya çempionatı keçiriləcək.

Fanat.Az xəbər verir ki, Bakı ilk olaraq taekvondo üzrə mundiala ev sahibliyi edəcək. Beynəlxalq Taekvondo Federasiyasının təqvimində yarışın 29 may - 4 iyun tarixlərində keçirilməsi nəzərdə tutulub.

14 avqust - 3 sentyabr aralığında isə atıcılıq üzrə DÇ baş tutacaq. Azərbaycan hər iki mundiala tarixdə ilk dəfə ev sahibliyi edəcək.

Bundan başqa, il ərzində ölkədə bir Avropa çempionatı da keçiriləcək. Paytaxtımızda 17-21 mayda bədii gimnastika üzrə qitənin ən yaxşıları müəyyənləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər