Bakıda beynəlxalq turnir keçiriləcək

Bakıda beynəlxalq turnir keçiriləcək

Azərbaycan Minifutbol Federasiyasının(AMF) dəstəyi  ilə may ayının 1-dən 6-dək Bakıda beynəlxalq turnir keçiriləcək.

Fanat.Az xəbər verir ki, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir may ayının 1-də start götürəcək. 

Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək. Yarışın qalibi may ayının 6-da müəyyənləşəcək. Oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.

Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər