Bakıda beynəlxalq futzal turniri keçiriləcək

Bakıda beynəlxalq futzal turniri keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq futzal turniri keçiriləcək. Turnirdə Azərbaycanın, Belarusun və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaq. 

Fanat.Az xəbər verir ki, noyabrın 26-da start götürəcək turnirə 30-da yekun vurulacaq.

Oyunlar Bakı İdman Sarayında təşkil olunacaq.

Turnirin təqvimini və oyunları idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:   Azərbaycan – Belarus 26 noyabr. Bakı İdman Sarayı. Saat 17:00 Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Hidayət Feyzullayev, Anar Fərəcov   Azərbaycan – Mərakeş 28 noyabr. Bakı İdman Sarayı. Saat 17:00 Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Məmmədəli Kərimov, Hikmət Qafarlı   Mərakeş – Belarus 30 noyabr. Bakı İdman Sarayı. Saat 17:00 Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Nahid Xasıyev, Ramil Namazov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər