Əvəzedici heyətlərin ölkə çempionatında XXII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
8 qolun vurulduğu "Neftçi" - "İnter" oyununda qalib müəyyənləşməyib - 4:4. Böyükağa Hacıyevin əvəzedici heyətə göndərdiyi Bahodir Nasimovla Cavid İmamverdiyev "Neftçi"nin iki qoluna imza atıb.
"Xəzər Lənkəran"la "Bakı" da xalları bölüb. "Xəzər Lənkəran"ın heyətində "Neftçi" ilə oyunda qırmızı vərəqə aldığından əsas komandanın formasını geyinə bilməyən Ağabala Ramazanov fərqlənib. "Bakı"nın qoluna isə "Fəthiyəspor"a keçidi baş tutmayan Nurlan Novruzov imza atıb.
"Qəbələ" səfər oyununda AZAL-ı 2:0 hesabı ilə yenib. "Simurq" evdə "Sumqayıt"ı üstələyib - 2:1. Tura "Rəvan" - "Qarabağ" oyunu ilə yekun vurulub - 0:0.
Əvəzedici heyətlər
2013/14 mövsümü
III dövrə, XXII tur
18 fevral
Simurq - Sumqayıt 2:1
Qollar: Məhərrəm Hüseynov, 49. Arzuman Nəsibov, 87 - İsa Zeynallı, 90+1-pen.
Neftçi - İnter 4:4
Qollar: Cavid Muxtarzadə, 2. Cavid İmamverdiyev, 61. Zahid Quliyev, 80. Bahodir Nasimov, 82 - Azər Salahlı, 16. Cəmil Hacıyev, 30. Ruslan Cəfərov, 67. Mirsahib Abbasov, 84-pen.
Xəzər Lənkəran - Bakı 1:1
Qollar: Ağabala Ramazanov, 1 - Nurlan Novruzov, 78.
AZAL - Qəbələ 0:2
Qollar: Ehtiram Şahverdiyev, 3. Fərid Səmədzadə, 84.
Rəvan - Qarabağ 0:0
| 1 | İnter | 22 | 15 | 3 | 4 | 69-33 | 48 |
| 2 | Simurq | 22 | 12 | 6 | 4 | 42-25 | 42 |
| 3 | Qəbələ | 22 | 13 | 3 | 6 | 39-29 | 42 |
| 4 | Xəzər L | 22 | 10 | 5 | 7 | 45-32 | 35 |
| 5 | Neftçi | 22 | 8 | 6 | 8 | 39-43 | 30 |
| 6 | Rəvan | 22 | 7 | 9 | 6 | 35-33 | 30 |
| 7 | Qarabağ | 22 | 7 | 4 | 11 | 29-36 | 25 |
| 8 | Bakı | 22 | 5 | 9 | 8 | 31-39 | 24 |
| 9 | AZAL | 22 | 4 | 4 | 14 | 27-55 | 16 |
| 10 | Sumqayıt | 22 | 3 | 3 | 16 | 25-55 | 12 |
Bombardirlər: Mirsahib Abbasov (İnter), Oruc Balaşlı (Simurq) - 15. Cavid Muxtarzadə (Neftçi) - 14. Ramil Mansurov (İnter) - 13. Ehtiram Şahverdiyev (Qəbələ), Nurxan Mənsimzadə (İnter) - 11.
Fanat.az