“Bakı”nın U-15 komandasının “Lans”lı həmyaşıdlarına hansı hesabla uduzduqları məlumdu. Fanat.az xəbər verir ki, Fransanın Lans şəhərində təlim məşq toplanışında olan “zolaqlılar” ilk yoxlama matçında rəqibinə rüsvayçı hesabla boyun əyib – 0:15.
Qeyd edək ki, “Bakı”nın rəsmi saytında klubun 15 yaşadək futbolçulardan ibarət komandasının “Lans”lı həmyaşıdlarına uduzduqları bildirilsə də, hesab yazılmayıb. “Zolaqlılar”ın noyabrın 17-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində daha 2 yoxlama oyunu keçirəcəyi gözlənilir.
Fanat.az