1-ci Liqa təmsilçisi "Baku Sportinq"in millilərin oyunları ilə əlaqədar yaranmış fasilə dönəmində hazırlıq proqramı bəlli olub.
Bu barədə Fanat.Az-a Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfov məlumat verib.
"Zaqatala" ilə oyundan sonra futbolçulara 3 günlük istirahət verdik. Artıq məşqlərimizi bərpa etmişik. Sabah "Zəngəzur"la yoxlama oyunu keçirəcəyik. Sınaq qarşılaşmasından sonra bir gün istirahət edib "Şəfa" ilə matça hazırlaşacağıq".
Qeyd edək ki, 1-ci Liqanın 5-ci turu çərçivəsində reallaşacaq "Baku Sportinq" - "Şəfa" görüşü Buzovna qəsəbə stadionunda baş tutacaq. Oktyabrın 17-də keçiriləcək matçın start fiti 14:30-da səsləndiriləcək.
Nihat