Bakı Olimpiya stadionunun qiyməti açıqlandı

Bakı Olimpiya stadionunun qiyməti açıqlandı
UEFA 2020-ci il Avropa çempionatının final mərhələsinə ev sahibliyi etməyə namizəd ölkələrin sifariş ərizələri əsasında hesabat hazırlayıb. Fanat.az xəbər verir ki, hesabatda 19 şəhərin imkanları təhlil edilib.
Hesabatda Bakıda gələn il istifadəyə veriləcək Olimpiya stadionu barədə də məlumat var. Bildirilir ki, 69870 tamaşaçı tutumuna malik arenanın tikintisinə 710 milyon avro sərmayə qoyulub. 
Bakı Olimpiya stadionu tutumuna görə, namizəd şəhərlər arasında yalnız Londondakı "Uembli" (90,652), Kardiffdəki "Millenium" (74,154) və Münhendəki eyniadlı arenadan (70,067) geri qalır. Bundan başqa, stadionlardan 7-si Bakı Olimpiya stadionundan da gec hazır olacaq. Ölkəmizin imkanları barədə yüksək fikirlərin yer aldığı sənəddə azarkeşlər üçün lazımi sayda otelin olmaması çatışmazlıq kimi göstərilib.  
Qeyd edək ki, çempionatın matçlarına ev sahibliyi edəcək 13 şəhərin adı sentyabrın 19-da açıqlanacaq. Hazırda namizədlərin sayı isə 19-du: Bakı (Azərbaycan), London (İngiltərə), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Skopye (Makedoniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Kopenhagen (Danimarka), Yerusəlim (İsrail), Roma (İtaliya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Amsterdam (Hollandiya), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Qlazqo (Şotlandiya), Stokholm (İsveç), Kardiff (Uels). 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər